etibar sözü dilimizdə bir şneçə məna ifadə edir: 1. Bir şəxsin ixlasına, sədaqətinə, səmimiyyətinə, doğruluğuna, düzgünlüyünə inam, etimad, əmniyyət, həmçinin bunlara əsasən qurulan münasibət; 2. Hörmət, nüfuz, əhəmiyyət, nəzərə alma, sayma, inanma, vəkalət; 3. Adsan, şərəf. Etibar kişi adı bir şəxsin sədaqətinə əsasən qazanmış olduğu inam, etimad mənalarını ifadə edir.
Azərbaycan antroponimikasına, əsasən, XX əsrin otuzuncu illərindən daxil olmuş Etibar məişətimizdə müştərək şəxs adları sırasındadır. Adın təhrif olunmuş forması Ehtibar da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti