Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

əvvəl-axır

Bütün misraları eyni hərflə başlayıb, eyni hərflə bitən şeir şəkli.

Aşıq ədəbiyyatında geniş yayılmışdır. Ə-A. şeir şəkli qoşma, təcnis, gəraylı, divani və s. janrlarda olur. Molla Cümə və Aşıq Ələsgər kimi aşıqlar yaradıcılıqlarında Ə-A. şeir şəklindən istifadə ediblər; məsələn:

Zəhmətim əşərdir, bülbülüm gülsüz,

Zar olur könlümüz, ayağa durmaz.

Zəbanım bəstədir, dəhanım dilsiz,

Zəncəfil göz yaşım ayağa durmaz.

                           ***

Zər alan sərraflar yamanı saymaz,

Zəmində yaxşılar yamanı saymaz,

Zəbərcəd dəndanı yamanı saymaz,

Zay Cümə gələndə ayağa durmaz.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti