Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

eyn ərəb

Göz, bəbək.

Ağladıban gülən olsa,

Eynim yaşın bilən olsa,

Bir yar ki dərd bilən olsa,

Qaş, göz işarəti neylər?!

               (“Abbas və Gülgəz”)

                       *

Köç-köç oldu, kəcavələr düzüldü,

Axdı eyni yaşı, üzə süzüldü,

Geri baxdı, əli sənnən üzüldü,

Abbas, apardılar yarını sənin.

                      (“Abbas və Gülgəz”)

Azərbaycan dastanlarının leksikası