Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

FAKİR ərəb.

fakir sözündəndir.

Azərbaycan dilinə çevirəndə yoxsul, kasıb, biçarə, zavallı, dilənçi, aciz, bədbəxt anlamlarını ifadə edir. Bəzi mənbələrdə fəqir sözü ilə eyniləşdirilir. Azərbaycanda yaşlı əhali arasında təsadüf edilən adlardandır. Bu gün ərəb dünyasında, Türkiyə türklərində Fakir kişi adı mövcud olsa da, Azərbaycanda köhnəlmiş kişi adlarındandır. Adın daşıyıcılarından Fakir Baykurt bu gün Türkiyənin müasir yazıçılarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti