famil (əslində familia) sözündən olub, dilimizə tərcümədə ailə, ata-baba, qəbilə, soy, nəsil adı mənalarını ifadə edir.
Roma imperiyası zamanında quldalarla qullarının ailələrinin daxil olduğu icmalara da familia deyilmişdir. XIX əsrdən etibarən Rusiyada familiya sözü soyad mənasında işlədilmişdir. Rəsmi sənədlərdə şəxs adı ilə yanaşı qeyd edilmişdir. Dilimizə də rus dili vasitəsilə keçmişdir. XXI əsrin əvvəllərinə qədər dilimizdə soyad yerinə yalnız familiya sözü işlədilmişdir. Famil kişi adı da həmin sözlə əlaqədar yaranmışdır. XX əsrdə olduğu kimi, bu gün də Famil məişətimizdə geniş yayılmış kişi adlarındandır. Adın daşıyıcılar, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti