1. Sakit, səssiz, dinməz-söyləməz. □ Birdən Məcid Səmədə sarı dönüb, divar uzunu farağat oturmuş adamlara işarə etdi. (İ.Hüseynov).
2. Hərbi. Hərəkətsiz, düz, sakit, səssiz durmaq haqqında hərbi komanda. □ Farağat komandası.
3. Hərbi. Zərf kimi: hərəkətsiz, düz, sakit, səssiz durmaq haqqında hərbi komanda. □ Keşikçi .. farağat vəziyyətində durdu. (Ə.Əbülhəsən).
4. Zərf kimi: asudə, sakit, dinc, xatircəm, arxayın. □ Farağat yaşamaq.
5. Sakit, dinc, yazıq, fağır. □ ..A qardaş, mən dinc, farağat, kəsb əhliyəm. (M.F.Axundzadə).
Həmçinin bax: