Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fasilə [fa:silə] isim ərəb

1. İşin, fəaliyyətin müvəqqəti dayandırıldığı, ara verdiyi vaxt; bir işin qurtarması və başqa işin başlanması arasındakı qısa vaxt, müddət. □ Murad bir anlıq fasilədən sonra davam etdi. (İ.Əfəndiyev).
2. Tənəffüs, aravermə. □ ..yoldaşlarımız dərslərin arasındakı fasilələrdə sinfin qapısını bağlayıb, mahnı oxuyur, biz də onlarla xor təşkil edirdik. (T.Ş.Simurq).
3. Məsafə, ara. □ Amma “Həblülmətin”.. bunu görmür və bilmir ki, Osmanlı ilə Kəlkətənin fasiləsi çoxdur. (C.Məmmədquluzadə).

Həmçinin bax:

jurnalistika: reklam fasiləsi Azərbaycan dilinin izahlı lüğəti