faxir sözündəndir.
Azərbaycan dilində faxir sözü iki mənada işlənir: 1. Fəxr edilən, iftixar ediləcək, şöhrətli, şərəfli; 2. Parlaq, qiymətli, gözəl, dəyərli. Faxir şəxs adı fəxr edilən, iftixar ediləcək, şərəfi olan (adam) mənasındadır. Bəzi mənbələrdə öyünən, lovğalanan mənasının olduğu da göstərilmişdir. Ərəb şəxs adları siyahısında, türk xalqlarının dillərində bu gün də populyar adlardan olan Faxir antroponimi Azərbaycan antroponimikasında unudulmaqda olan şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti