Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

feilin qarşılıq növü

İşin qarşılıqlı olaraq (qarşı-qarşıya) icrasını bildirən feillər.

Qarşılıq növ feilləri düzəltmək üçün -ış4 (-ş) şəkilçisindən istifadə olunur; məs.: yaz-ış(maq), qucaqla-ş(maq), gör-üş(mək), salamla-ş(maq) və s. Qarşılıq bildirən feillər, əsasən, təsirli feillərdən düzəlir; məs.: döy-üş(mək) və s.  -laş2 şəkilçisi ilə adlardan düzələn bəzi feillər də qayıdış növ mənasını bildirsə də, adlardan düzəldiyinə görə məlum növə aid edilir. Məsələn: Dostumla məktub+laş+dıq. Bir xeyli dərd-ləş-dik.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti