Hiylə, kələk, fənd, fırıldaq. (“Koroğlu” dastanının lüğəti)
Mən anadan mərd olmuşam,
O Çənlibeldən gəlmişəm,
Koroğluyam, at minmişəm,
Yüz min belə fellərim var.
(“Həmzənin Qıratı aparmağı”)
*
Uyma yağının felinə,
Gərək Koroğlu bilinə.
Qızıb Ərzurum elinə
Bir vəlvələ salar indi.
(“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikası