Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

fəraq ərəb

Ayrılıq, hicran, firqət.

Ay təbib, əl vurma, haqqı sevərsən,

Nə xəstəyəm, nə də yaralıyam mən.

Bir alagözlünün fərağındayam,

Pünhanı eşqindən saralıyam mən.

                                        (“Sam şahzadə”)

                               *

Nədir iltimasın, gülüzlü oğul?

Qoymaram gözümdən iraq olasan.

Sənsiz mən dözmərəm dərdə, fərağa,

Qoymaram gözümdən iraq olasan.

                                  (“Şahzadə Bəhrəm”)

Azərbaycan dastanlarının leksikası