1. Hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissədən özbaşına gedən, fərar edən əsgər. □ ..Bundan sonra fərariləri gizlədən bütün dağ kəndləri topa tutulacaq. (Ə.Məmmədxanlı).
2. Sifət kimi: hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissədən özbaşına gedən, fərar edən. □ Fərari əsgər.
3. Məcazi mənada: öz vətəndaşlıq borcunu, xidməti və ya ictimai vəzifələrini yerinə yetirməkdən boyun qaçıran adam. □ ..Mən hələ fərarilərin ucbatından nə qədər əziyyət çəkdiyimizi demirəm. (M.Hüseyn).