fath və mürəkkəb adların komponenti kimi işlənən ali sözlərinin birləşməsindən əmələ gələn şəxs adıdır. Fətəli (bax: ad – FƏTH; ƏLİ) kişi adı Əlinin fəthi, Əlinin zəfəri, Əlinin qələbəsi mənasındadır.
XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış kişi adlarından olan Fətəli artıq unudulmaqda olan, əsasən soyadlarda yaşayan kişi adlarındandır. Adın daşıyıcılarından Quba xanlığının VI xanı (1758-1789) Fətəli xan Qubalı (Fətəli xan Hüseyn Əli xan oğlu, 1736-1789), Azərbaycanın tarixində özünəməxsus yer tutan ictimai xadimlərdəndir. Azərbaycanın azadlığı, müstəqilliyi və birliyi uğrunda mübarizə aparmış böyük dövlət xadimi, diplomat və sərkərdə olmuşdur. Adın daha bir məşhur daşıyıcısı yazıçı-maarifçi, filosof, dramaturq Mirzə Fətəli Axundzadə (1812-1878) Azərbaycanda qüvvətli milli, realist, bədii nəsr şüurunun oyanmasında ilk təkan rolunu oynayan əsərlərin müəllifi, həmçinin milli dramaturgiyanın banisi olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti