1. Bir şeyin fərqləndirici xüsusiyyəti, ən mühüm detalı.
Məsələn, bir şəhərin qədim bazar meydanında hündür minarəli məscidi onun F.-i ola bilər. □ Londonun fiçeri.
2. Sifətin ən nəzərəçarpacaq detalı; ekranda görünən, yaxud yazıda təsvir edilən və insanın xarici görünüşü, bəzən hətta xarakteri haqqında təsəvvür yaradan cizgisi.
Məsələn, qabağa çıxmış iri çənə, yaxud halqa keçirilmiş burun və s.
3. Konkret mövzuda ətraflı təsvirdən ibarət qəzet-jurnal məqaləsi, auditoriyada böyük maraq doğuran orijinal reportaj, televiziya verilişi, yaxud onun hissəsi. □ Sensasiya doğuran fiçelər.
Azərbaycan dilinin izahlı lüğəti