lat. “flora” – çiçək, bahar ilahəsi
Müəyyən ərazidə yaşayan və əksəriyyəti bitkilərdən ibarət olan taksonların cəmi.
F.-ya ümumilikdə bitki növlərinin, mikroorqanizmlərin və göbələklərin müəyyən vilayət, zona, rayon, bitki tipi, formasiyası və ya biosenoz daxilində onların müasir təbii şəraiti və geoloji keçmişi ilə bağlı tarixən təşəkkül tapmış məcmusu aiddir.
Biologiya terminlərinin izahlı lüğəti