yun. “photos” – işıq; “synthesis” – birləşmə
Yaşıl bitkilərdə işıq enerjisinin kimyəvi rabitələr enerjisinə çevrilməsi prosesi.
Bu zaman işığın təsiri və xlorofilin iştirakı ilə qeyri-üzvi maddələrdən (karbon qazı və su) üzvi maddələrin (qlükoza) əmələ gəlir. Prosesin getmə mexanizmi haqqında ilk dəfə akademik Kliment Arkadiyeviç Timiryazev özünün “Xlorofil, günəş və həyat” əsərində məlumat vermişdir. F. mürəkkəb biokimyəvi-fizioloji proses olub 2 fazada baş verir: işıq fazası və qaranlıq fazası. Birinci fazada F.-in əlavə məhsulu olan oksigen qazı, ikinci mərhələdə isə F.-in əsas məhsulu olan qlükoza (C6H12O6) əmələ gəlir.
Biologiya terminlərinin izahlı lüğəti