lat. canalis – boru
1. Bir qayda olaraq, günün son verilişi kimi efirə çıxan, fərqli mövzusu və forması olan televiziya, yaxud radio proqramı.
G.K. xüsusi proqram formatıdır: onun daimi aparıcısı, təqdimat elementləri, fərqli estetikası və quruluşu olur, konkret auditoriyaya yönəlir, burada müxtəlif mövzulara, əsasən, günün yekununa həsr olunmuş məsələlərə toxunulur.
2. Radioda verilişlər bitdikdən sonra səhərədək davam edən musiqi proqramı, yaxud gecələr yayımlanan ayrıca musiqili radio kanalı.
Jurnalistika terminləri lüğəti