Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

gender

ing. gender < lat. genus – növ, cins

1. Kişi və qadınların ictimai həyatın müx­təlif sahələrində sosial davranış qayda­la­rını formalaşdıran, bu qaydalar ara­sındakı eynilikləri və fərqləri müəyyənləşdirən xüsusiyyətlərin cəmi.

2. Cinslər daxilində müna­sibətlər məcmusu və cinslərarası münasibətlərin sosial cəhəti.

3. İnsanın cəmiyyətdəki davranışını, sosial mühitin bu davranışa təsirini cinsə görə müəyyən edən, qiymətləndirən, öyrənən elm sa­həsi.

G. münasibətlərində mövcud olan tarixi stereotiplərin (gender stereotipləri) aradan qaldırılmasında mediaya xüsusi önəm verilir. Bu məqsədlə, ilk növbədə, jurnalistlərin özlərinin həmin stereo­tip­lərdən azad olması üçün təlim proqramları həyata keçirilir, tədris vəsaitləri hazırlanır (mə­s.: Moskva Dövlət Universitetinin «Gender və KİV» jurnalı). Hətta medianın «G. jurnalistikası» adlanan xüsusi bir sahəsi də formalaşıb.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti