yun. “genesis” – mənşə
İrsiyyət və onun dəyişkənliyi haqqında fundamental bioloji elm.
G.-nın əsas vəzifəsi orqanizmin fərdi inkişafını öyrənməklə və insana lazım olan yeni orqanizm formaları yaratmaq məqsədilə onların irsiyyət və dəyişkənliyini idarə etmək üsullarını işləyib hazırlamaqdan ibarətdir. G.-nın əsasını çex təbiətşünası Q.Mendelin (1865) noxud sortları arasında hibridləşdirmə aparmaqla kəşf etdiyi irsilik qanunları təşkil edir.
Biologiya terminlərinin izahlı lüğəti