Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

geniş [geniş] sifət

1. Eni çox olan, gen. □ Otaq çox geniş idi.
2. Sahə etibarilə çox böyük. □ Geniş düzənlik. Geniş otaq.
3. Məcazi mənada: sahə etibarilə çox böyük. □ Ürəyi geniş.
4. Məcazi mənada: ucsuz-bucaqsız, sonsuz, nəhayətsiz. □ Geniş dünya.
5. Böyük, iri (addım haqqında). □ ..geniş addımlarla təpəyə çıxdı. (H.Nəzərli).
6. Məcazi mənada: miqyası, qavrama dairəsi, ölçüsü böyük. □ Geniş ticarət. Geniş vəsait. Geniş imkanlar.
7. Məcazi mənada: hamını, yaxud çoxunu əhatə edən, hamıya yaxud çoxuna şamil olan; kütləvi. □ Geniş tamaşaçı kütləsi. Geniş müşavirə. Geniş seçki kampaniyası.
8. Məcazi mənada: azad, sərbəst, heç bir şeylə məhdudlaşdırılmayan. □ Geniş həyat.
9. Məcazi mənada: dərin, əsaslı, məhdudluqdan azad, ətraflı. □ Sözü geniş mənada başa salmaq lazımdır.

Həmçinin bax:

frazeologizm: cibinin ağzını boş qoymaq (geniş açmaq) Azərbaycan dilinin izahlı lüğəti