Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

genofond

yun. “genos” – cins, mənşə; lat. “fondus” – əsas, bünövrə

Populyasiyada müəyyən sıxlığı ilə xarakterizə olunan genlərin məcmusu.

G.-a bitki və ya heyvanların öyrənilən populyasiyasının bütün irsi məlumatları aiddir. G. populyasiyalarda, bu və ya digər növdən olan orqanizm qruplarında müxtəlif genlərin müxtəlif formalarının (allellərinin) nisbi sayı və keyfiyyət cəmini ifadə edir. “G.” terminini rus alimi A.S.Serebrovski (1928) təklif etmişdir. Bioloji növ genotip cəhətdən identik fərdlər yığımından ibarət olmur. Növün və ya populyasiyanın G.-u spontan mutasiya, rekombinasiya, təbii seçmə və s. amillər nəticəsində dəyişilir. Hər bir növün, populyasiyanın, heyvan cinsi və bitki sortunun G.-unu öyrənmək onun irsi imkanlarını müəyyən etmək üçün çox faydalıdır.

Biologiya terminlərinin izahlı lüğəti