Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

genom

alm. “genan”, ing. “genome”

Xromosomun haploid sayında mövcud olan bütün genlərin cəmi.

G. orqanizmin birqat xromosom yığımında toplanmış genlərdir. “G.” terminini alman alimi Hans Vinkler (1920) təklif etmişdir. Diploid orqanizmlərin qametlərində və haploid orqanizmlərin hüceyrələrində bir, diploid orqanizmlərin somatik hüceyrələrində iki G. olur. Orqanizmin G.-unun artması ploidliyin artmasına səbəb olur; eyni G.-ların bir neçə dəfə təkrarı avtopoliploidiya, müxtəlif G.-ların toplanması isə allopoliploidiyaya səbəb olur.

Biologiya terminlərinin izahlı lüğəti