Aşıqların səyahətləri əsasında görüb-gəzdikləri yerləri tərənnüm edən şeirlər.
G.-lərdə görülən yerlər daha çox gözəlliyi ilə aşığın diqqətini cəlb edir və peyzajla lirik qəhrəmanın ruhi vəziyyətinin sintezi yaradılır:
Keçdi novbaharın, yazın qış oldu,
Çərx hərləndi, ömür qəmə tuş oldu,
Miskin Abdal, xəyalların puç oldu,
Dolanıb güzarın düşdü, a dağlar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti