Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

GİLAN

top., Gilan bir vaxtlar Azərbaycan ərazisində da mövcud olmuş şəhər adındandır.

Ordubad şəhərinin yaxınlığında yerləşən şəhər sonradan, XIV əsrin sonunda Teymurun qoşunları tərəfindən dağıdılmışdır. I Şah Abbasın dövründə (1587-1629) tamam xarabalığa döndərilmiş Gilan şəhərinin əhalisi yaxınlıqdakı dağ kəndlərinə köçmüşdür. Bu gün də əhali arasında həmin yer Xaraba Gilan adı ilə tanınır. Ordubad şəhərində dağ çaylarından biri də Gilan şəhərinin adı ilə əlaqədardır. Zəngəzur silsiləsinin yamacı ilə axan çayın Gilançay variantı da məlumdur. Azərbaycan antroponimik vahidlər sistemində Gilan müştərək şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti