Reklam
Reklam

Məsəllər, deyimlər

GÖRÜŞ YERİNİ DƏYİŞMƏK OLMAZ

►«Daim eyni məkanda davamlı görüşən insanlar üçün həmin yer dəyişməzdir» mənasında və adətən, yumorla işlədilən ifadə.

İfadə «Görüş yerini dəyişmək olmaz» adlı kəskinsüjetli 5 seriyalı televiziya filmindən (1979) qaynaqlanaraq populyarlaşmışdır.

Film Arkadi və Georgi Vayner qardaşlarının II Dünya müharibəsindən sonra SSRİ-də artan cinayətkarlığa qarşı aparılan mübarizədən bəhs edən «Şəfqət erası» romanının jurnal çapı (1975) əsasında çəkilmişdir. Tanınmış rejissor Stanislav Qovoruxin tamaşaçılara maraqla izlənən dramatik detektiv ekran əsəri təqdim edə bilmişdir. Baş rolda istedadlı aktyor və estrada müğənnisi Vladimir Vısotski çəkilmişdir. «Görüş yerini dəyişmək olmaz» ifadəsi filmdə cinayətkar qrupu ələ keçirmək üçün təyin olunmuş görüşün yerini heç bir halda dəyişməməklə bağlı səslənmişdir.

Film televiziyada nümayiş etdirildikdən sonra məlum ifadə keçmiş SSRİ məkanında xeyli populyarlaşmışdır.

Məsəllər, deyimlər