Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

göy

Yaşıl rəng mənasında. (“Koroğlu” dastanının lüğəti)

“Kitabi- Dədə Qorqud”da yaşıl sözü işlənməsə də, “Koroğlu”da bir neçə yerdə rast gəlinir. Bununla yanaşı, yaşıl mənasında göy sözü də işlənir.

Durub birbaş getdi, göy otun üstündə üzü üstə düşdü. (“Həmzənin Qıratı aparmağı”)

*

Koroğlu atı yançıdar eləyib, göy çəmənə buraxdı, sonra Nigar xanıma dedi... (“Koroğlunun İstanbul səfəri”)

Azərbaycan dastanlarının leksikası