Reklam
Reklam

Məsəllər, deyimlər

GÖZƏ GƏLMƏK

►Birisinin bəd nəzərindən və ya xoş olmayan niyyətindən zərər çəkmək.

Bəzən də «gözə gətirmək» şəklində işlənən ifadə insanların qədim inancları ilə bağlı meydana çıxmışdır.

Qədimdə insanlar belə hesab edirdilər ki, həyatda hər şeyi gözə gətirmək olar. Adətən, pis adamlar (ifritələr, cadugərlər, sehrbazlar və s.), əsasən, ən yaxşı və ən gözəl olan bir şeyi tez gözə gətirirlər. Ona görə də sevimli uşağını çox tərifləmək, həyatda baş verən xoşbəxt hadisələrə görə çox sevinmək olmazdı.

Tarixən belə hesab olunurdu ki, hər şeydən çox uşaqlar və analar gözə gəlir. Əbəs yerə deyil ki, hələ indi də gözlənilmədən dəyişən, yəni sakit, sözəbaxan və ya əksinə, əsəbi, ipə-sapa yatmayan uşaqlar birdən-birə fərqli xarakter göstərəndə deyirlər ki, elə bil onu dəyişiblər. Adətən, gecəni pis yatan, aramsız ağlayan, yaxud özünü həmişəkindən daha şıltaq aparan uşaqlar haqqında da «bu uşaq gözə gəlib» deyirlər.

Məsəllər, deyimlər