Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

GÜL fars.

gül (əslində qol) sözü dilimizdə bir neçə məna ifadə etsə də, əsasən, çiçək, yəni xoş qoxusu olan, gözəl və bəzən də tikanları olan bitki mənasındadır.

Azərbaycan antroponimikasında tərkibində gül sözünün işləndiyi kifayət qədər mürəkkəb şəxs adı mövcuddur. Məsələn, Adıgül (bax: ad – ADIGÜL), Gülağa bax: ad – GÜLAĞA), Gülbala (bax: ad – GÜLBALA), Güləhməd (bax: ad – GÜLƏHMƏD) və s. Gül sözü kişi adlarının tərkibində əziz, istəkli, sevgili, sevimli, çox incə, çox həssas, məsum kimi məcazi mənalarda işlənir. Qeyd etmək lazımdır ki, XX əsrin sonlarına qədər məişətimizdə tərkibində Gül adının işləndiyi kişi adları geniş yayılsa da, artıq müşahidəediləcək dərəcədə azalmışdır. Belə gedərsə, yaxın 30-40 ildə bu qəbildən olan kişi adları köhnəlmiş şəxs adları sırasına keçəcəkdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti