Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

GÜRCÜ azərb.

gürcü sözündəndir. Gürcü kişi adı Gürcüstanın əsas yerli əhalisini təşkil edən, iber Qafqaz dillərindən birində danışan xalq və bu xalqa mənsub adam mənasındadır.

Məlum olduğu kimi, Azərbaycan antroponimikasında bir çox xalqların adlarını ifadə edən şəxs adları mövcuddur. Gürcü də bu qəbildən olan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti