Reklam
Reklam

Tarix terminləri lüğəti

hacı

ər. – zəvvar, ziyarətçi

Məkkədə Kəbəni ziyarət etmiş müsəlmanlara verilən fəxri ad.

H., bir qayda olaraq, adın əvvəlinə (H. İbrahim, H. Şamil və s.), bəzi xalqlarda isə sonluğuna əlavə olunur (Əhməd-hacı, Məhəmməd-hacı və s.). O, tədricən müsəlmanlarda kişi adına da çevrilib. Ərəb ölkələrində H. kəlməsi həcc ziyarətinə gedib-getməməsindən asılı olmayaraq yaşlı insanlara müraciət edərkən hörmət əlaməti olaraq işlənir.

Tarix terminləri lüğəti