mürəkkəb adların tərkibində işlənən Hacı və Hüseyn adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Hacıhüseyn (bax: ad – HACI; HÜSEYN) kişi adı Hacı olmuş Hüseyn, yəni həcc ziyarətindən gəlmiş Hüseyn anlamını ifadə edir.
Azərbaycanda Hacıhüseyn kişi adı ilə əlaqədar Hacıhüseynli toponimi də mövcuddur. Quba bölgəsində kənd adıdır. Lüğətlərdə yaşayış məntəqəsinin əsasını qoymuş Hacıhüseynli nəslinin adı ilə əlaqələndirilir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti