Reklam
Reklam

Etimologiya lüğəti

hacıotu

Əsli yunanca olan və rus dilində işlədilən мандрагора adlı bitkiyə bizdə hacıotu deyiblər (“sığınotu”, “maralotu” da deyiblər).Dərman otudur və görkəmi hacıların çalmasına oxşayır. Ona görə də belə adlanıb. “Rusca-azərbaycanca lüğət” bu sözü tərcümə etməyib, elə мандрагора kimi saxlayıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti