Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HADİ ərəb.

hadi sözündən olub, dilimizə tərcümədə doğru yol göstərən, istiqamətləndirən, bələdçilik edən adam, rəhbər anlamlarını ifadə edir. İslam dinində Allahın məlum 99 adından biri də əl-Hadi olub, hidayətə çatdıran rəhbər, ulu Tanrı anlamındadır.

Ərəblərin tarixində Abbasilər sülaləsinin xəlifəsi Harun ər-Rəşidin qardaşının adı da Hadi olmuşdir. Xəlifə Məhdi Abbasinin (158-169) oğlu Hadi çox gənc yaşlarında hakimiyyətə gəlmişdi. Hadinin hakimiyyət dövrü (169-170) ərəblərin tarixində cəmiyyət üçün baha başa gələn acı hadisələr dövrü kimi anılır. Əl-Hadinin ölümündən sonra qardaşı hakimiyyəti ələ keçirmişdi. Bu gün Azərbaycanda Hadi adı çəkilən zaman hər kəs Azərbaycan ədəbiyyatı tarixində adı özünə təxəllüs olaraq götürən nakam taleli şair Məhəmməd Hadini xatırlayır. Azərbaycan romantizminin görkəmli simalarından biri olan Məhəmməd Hacı Əbdülsəlimzadə oğlu (1879-1920) əsərlərini Hadi təxəllüsü ilə yazmışdır. Çox keşməkeşli və ağır həyat sürmüş şair Məhəmməd Hadi (Şirvani) XX əsrin əvvəllərində Azərbaycan xalqının həyat və müqəddəratı haqqında yüksək sənət əsərləri yaradan şair, dünya mədəniyyəti tarixinə dəyərli səhifələr yazmış romantizmin qüdrətli nümayəndələrindən biri olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti