Neqativdə obyektin işıq saçan, parlayan və ya çox kontrastlı detallarının təsviri ətrafında əmələ gələn qeyri-müntəzəm qaralma.
Fotomaterial üzərindəki fototəbəqənin gümüş-haloid mikrokristallarından səpələnən, habelə fototəbəqədən keçib materialın parıldayan oturacaq təbəqəsindən qayıdan işıq şüalarından əmələ gəlir. Şəklin keyfiyyətini xeyli pisləşdirən H.-nı azaltmaq üçün oturacaq təbəqəsinə tərkibində işığı udan maddə olan qat çəkilir.
Atmosferdə optik hadisələr qrupu.
Günəşin və ya Ayın ətrafında işıqlı halqa şəklində müşahidə olunur.
Fizika terminlər lüğəti