Reklam
Reklam

Məsəllər, deyimlər

HAMLET TƏLƏSİ

Hər hansı cinayətkarın törətdiyi bəd əməli olduğu kimi səhnədə və ya bir hekayətdə onun özünə göstərmək üsulu.

İfadə böyük ingilis dramaturqu V.Şekspirin məşhur «Hamlet» faciəsindəki bir epizoddan qaynaqlanaraq yayılmışdır.

Bu əsərdə Hamlet öz əmisi kralın qatil olub-olmadığını müəyyənləşdirmək istəyir. Şəhərə gəlmiş aktyor truppasına göstəriş verir ki, cinayət səhnəsini bir tamaşa kimi göstərsinlər. Cani kral tamaşaya sona qədər baxa bilmir və bununla da «tələyə» düşür.

Əsərdə bu ifşa ilə bağlı belə bir epizod da vardır:

«Kral: – Pyesin məzmununu bilirsinizmi? Əsərdə təhqiramiz bir şey yoxdur ki?

Hamlet: – Yox, yox. Bunların hamısı zarafatdır. Yalandan zəhərləyirlər. Təhqiramiz heç bir şey yoxdur.

Kral: – Pyesin adı nədir?

Hamlet: – «Siçan tələsi», lakin nə mənada? Yalnız məcazi mənada».

Məsəllər, deyimlər