Reklam
Reklam

Tarix terminləri lüğəti

hartal

qucarat. hartala < har – bütün, tamamilə + tal(a) – bağlamaq; hərfi mənası: dükanların bağlanması

XX əsrin I yarısında Hindistanda ingilis müstəmləkəçilərinə qarşı yönəlmiş və kütləvi surətdə dükanların bağlanması, xarici malların boykot edilməsi ilə müşayiət olunan tətil forması.

H. ticarətin və digər iqtisadi fəaliyyət sahələrinin iflicinə gətirib çıxarır. Bu termin ilk dəfə Mahatma Qandi tərəfindən işlədilib. O, ingilislərə qarşı milli azadlıq hərəkatında həmin mübarizə metodundan geniş istifadə edib. 1947-ci ildə Hindistanın müstəqillik əldə etməsindən sonra da ölkədə, eləcə də Pakistan, Şri-Lanka, Malayziyada müxtəlif siyasi partiyalar öz məqsədlərinə çatmaq üçün tez-tez H.-a əl atır.

Tarix terminləri lüğəti