1. Allah eləməsin, Allah göstərməsin, iraq olsun. ...uzaq.
2. Əsla, qətiyyən, heç vaxt. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu çəkər haşani,
Bəylər edər tamaşanı,
Mən özüm Aslan paşanı,
Hərəniz bir xan üstünə.
(“Durna teli”)
*
Vuram xotkar, tutam paşa
Xanlar məndən çəkər haşa,
Bu dövranım vara başa
Sönməyən çırağım ola!..
(“Qulun qaçmağı”)
*
Haşa, sevdiciyim, gəl etmə haşa,
Əgər qismətimsən, yetüşər başa,
Bu sözü söylədi ol Dona paşa,
Dur get, əcəm oğlu, qalma bu yerdə.
(Paris nüsxəsi, 12-ci məclis)
Azərbaycan dastanlarının leksikası