Toy və nişan mərasimlərində oxunan şən, nikbin mahnılar.
H.-larda elçilik, nişan kimi mərasimlər nəzmə çəkilir. Әsasən, Naxçıvan ərazisində yayılıb. Fikir ifadə edən əsas misraları bir nəfər oxuyur və hər misranın sonunda gələn “haxışta” kəlməsini isə hamı təkrar edir; məsələn:
Araqçının haşımı, haxışta,
Hara qoyum başımı, haxışta,
Səni mənə verməzlər, haxışta,
Tökmə gözün yaşını, haxışta.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti