1) Tələffüz zamanı sözün asanlıqla bölünə bilən hissəsi; bir sait əsasında formalaşmış nitq parçası.
Sözdəki hecalar saitlərin sayına görə müəyyən edilir. Sözlər sətirdən-sətrə hecalarla keçirilir: dəf-tər, dinc-lik, sen-tyabr, kon-kret, kək-lik-o-tu və s.
2) Nəzmlə yazılmış əsərlərdə ritm vahidi.
Heca vəznli poetik nümunələrdə ritm misralarda hecaların bərabər sayı, əruz vəznində isə uzun və qısa hecaların növbələşməsi hesabına yaranır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti