Həftədə bir dəfə çap olunan qəzet, jurnal, bülleten və s.
Belə nəşrlər, adətən, həftəsonu çapdan çıxır, əhatə etdiyi dövr ərzində baş vermiş hadisələrin təhlilinə həsr olunur. H.N.-lər analitik materiallara, elmi-kütləvi yazılara üstünlük verir, yaxud müəyyən sahələr üzrə ixtisaslaşır: iqtisadiyyat, idman, təhsil, əyləncə və s. Həftədə 2–3 dəfə işıq üzü görən qəzetlər də, bir qayda olaraq, H.N.-ə aid edilir.
Jurnalistika terminləri lüğəti