hekayat sözündəndir. Azərbaycan dilində əhvalat, sərgüzəşt, qəziyyə, hekayələr mənalarını ifadə edir.
Hekayət şəxs adı əhvalat, qəziyyə mənasını ifadə edir. XX əsrin ortalarına qədər dilimizdə ümumişlək sözlərdən olan hekayət sözünün əvəzinə bu gün dilimizdə, əsasən, əhvalat sözü işlənir. Azərbaycan dramaturgiyasının banisi, dövrünün ictimai xadimi, yazıçı Mirzə Fətəli Axundov/Axundzadənin (1812-1878) beş əsərinin adında hekayət (əhvalat mənasında) sözü işlənmişdir. “Hekayəti-Molla İbrahimxəlil kimyagər“ (1850), “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli Şah cadükuni məşhur” (1850), “Hekayəti-Xırsi Quldurbasan” (1851), “Mürafiə vəkillərinin hekayəti“ (1855), “Aldanmış Kəvakib/Hekayəti-Yusif şah“ (1857). Hekayət adı Azərbaycan antroponimikasında müştərək şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti