Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

hərbə ərəb

1. Mizraq, süngü.

2. Hədə-qorxu, hərbə-zorba. (“Koroğlu” dastanının lüğəti)

Yağı düşmanın hərbəsi

Qaçırtmaz meydandan məni.

Qorxaq müxənnət zərbəsi

Qaçırtmaz meydandan məni.

                              (“Eyvazın Çənlibelə gətirilməyi”)

*

Həmzə Dona xanımın hərbə-qadağasını ona dedi. Koroğlu güldü. (“Həmzənin Qıratı aparmağı”)

Azərbaycan dastanlarının leksikası