Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

heykəl [heykəl] isim ərəb

1. İncəsənət. Heykəltaraş tərəfindən daşdan, tuncdan və s.-dən hazırlanmış insan və ya heyvan surəti. □ Füzulinin heykəli.
2. Cindən, həmzaddan və bədnəzərdən qorumaq üçün uşaqların boynuna asılan dualı, muncuqlu asqı. □ Sağdan sola, soldan sağa sal boynuna heykəl; Qoy cinni məəttəl.. (M.Ə.Sabir).
3. Məcazi mənada: hər hansı bir keyfiyyəti, xüsusiyyəti təcəssüm etdirən adam, şey haqqında.

Azərbaycan dilinin izahlı lüğəti