Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

hırsız1

Gəncə, Xanlar

Zorlu, güclü. □ Hırsız adam zorru olar (Xanlar); Hırsız adamı birəz tüşümməz heysav eliyillər (Gəncə).

hırsız2

Saatlı

Yerli-yersiz hərəkət edən.

hırsız3

Sabirabad

Fərasətsiz, aciz. □ Sənnən hırsız adam görməmişəm.

Azərbaycan dilinin dialektoloji lüğəti