Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

holoqrafik televiziya

yun. holos – tam, dolu

Təsvirin holoqrafiya üsulu ilə alınıb efirə verilməsi prinsipinə əsaslanan televiziya.

H.T. ideyasının müəllifləri fiziklər deyil, «liriklər» hesab olunurlar. 1951-ci ildə amerikalı fantast Ayzek Azimov «Tə­məl­qoyma» əsərində havada yaradılan ho­loqrafik işarələri təsvir etdi. 1976-cı ildə amerikalı kinorejissor Corc Lukasın «Ulduz müharibələri» filmində holoqrafik rabitə seansı göstərildi. Nəhayət, 2008-ci ilin no­yabrında CNN kanalı ilk holoqrafik jurnalist materialını efirə verdi. Kanalın aparıcısı məşhur bir müğənnidən studiyada canlı müsahibə götürdü. Əslində, bu, müğən­ni­nin uzaqdan ötürülən holoqramı ilə real za­man rejimində söhbət idi. H.T.-nın məi­şətə gətirilməsi üçün ABŞ-ın, Yaponiyanın elmi mərkəzləri və universitetlərində iri­miqyaslı tədqiqatlar aparılır.

Jurnalistika terminləri lüğəti