Dastanlarda kömək mənasında işlənir. (“Koroğlu” dastanının lüğəti)
Hoy variantı da var.
Göndərdim durna ovuna,
Eyvaz əyləndi, gəlmədi.
Yarəb, kim yetdi hovuna,
Eyvaz əyləndi, gəlmədi.
(Paris nüsxəsi, 9-cu məclis)
*
Hov-hov deyib bu meydana gələndə,
Qoç igidlər bəlli olur meydanda,
Çəkər qılınc, yoldaş üstə budanar,
Tökülür qoçağın qanı meydanda.
(M.Elyas. “Nəğmələr kitabı”)
Azərbaycan dastanlarının leksikası