Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

hoylamax1

Daşkəsən, Goranboy, Qazax

Bax: hovlamax Adamın bir yeri kəsiləndə, hoylayanda sancı çiçəyini qaynadıf onun quymağını pişirif yaranın üsdünə qoyursan, hoyunu aler (Daşkəsən); Yaram hoyluyuf, gülxətmi xamrı qayır qoyax üsdünə (Goranboy).

hoylamax2

Çənbərək

Kollektiv kömək eləmək. □ Camahata hoylamax yaxşıdı, tütün tez qutarar.

Azərbaycan dilinin dialektoloji lüğəti