ərəb. hüma
Cənnət quşu; dövlət quşu (əfsanəvi quş).
Humay kimi dövr eylərəm havada,
Babam öldü, yetim qaldım yuvada,
Bir əli əllərdə, ağzı duada,
Bir əli də ayağında saqinin.
(“Qurbani”)
*
Göyərçinin göy balası,
Humay quşun ay balası.
(“Sayat bəy-Səyalı xanım”)
*
Üstünə kölgə salsın,
Ol humay quşu bu bəyin.
Sürübən zövqi-səfa,
Yüz olsun yaşı bu bəyin.
(“Sayat bəy-Səyalı xanım”)
Azərbaycan dastanlarının leksikası