Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HUMAYUN fars.

humayun sözündən olub, uğurlu, məsud, mübarək mənalarında olub, keçmişdə padşahlar, sultanlar və adları çəkilmədən onlarla əlaqədar deyilən ifadədir.

Azərbaycan antroponimikasında musiqi parçalarının adlarından yaranmış şəxs adları sırasındadır. Humayun həm də N.Gəncəvinin “Xosrov və Şirin”poemasında surətlərdən birinin adıdır. Humayun bu gün nəinki Azərbaycanda, eləcə də Şərq xalqlarında çox sevilən klassik muğamlardan birinin adıdır. Dilimizdə müştərək şəxs adlarındandır. Bu gün məişətimizdə Humayun adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti