Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ibarət1 [iba:rət] sifət ərəb

1. Mütəşəkkil, düzəlmiş, tərtib olunmuş. □ Beş adamdan ibarət heyət.
2. İbarətdir şəklində – eyniyyət bildirir. □ "Veçer” ibarətdir bir məclisdən ki, axşam vaxtı oraya adamlar cəm olub söhbətə, qiraətə, musiqiyə və yeyib-içməyə məşğul olurlar. (C.Məmmədquluzadə).
3. Mütəşəkkildir. □ “Uzunqulaqlı” kəndi səkkiz yüz evdən ibarətdir. (Ə.Haqverdiyev).

ibarət2 [iba:rət] isim

Klassik ədəbiyyatda qəliz, təmtəraqlı, əksərən mənasız, boş söz, ifadə mənalarında işlənmişdir. □ Şeyxə verdi xəbər qiraət ilə; Mədd ilə, çox uzun ibarət ilə. (S.Ə.Şirvani).

Azərbaycan dilinin izahlı lüğəti